Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatının təbliğatçılarından biri Hüsamə Əbd-əl-Raufa məhv edilib.

Əbu Mühsin əl-Məsri kimi də tanına terrorçu ABŞ-ın ən çox axtardığı terrorçulardan biri olub.

O, Əfqanıstanın şərqində məhv edilib.

Əməliyyat barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurası məlumat verib.

Bildirilir ki, adıçəkilən terrorçu Əfqanıstan, Pakistan və Misir ilə əlaqəli olub.