
Az.shafaqna.com “islam.ru”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında dünyanın ən böyük dəvə xəstəxanası açılıb.
Baytarlıq məntəqəsi dəvələrdə rast gəlinən xəstəliklərin diaqnostikası üçün müasir araşdırma mərkəzi ilə təchiz edilib.
Bildirilir ki, 100 milyon Səudiyyə Ərəbistanı rialı dəyərindəki layihə milli nailiyyətdir.
Burada həmçinin gənc dəvələr üçün palatalar, intensiz terapiya, kompüter tomoqrafiyası və cərrahi əməliyyat şöbələri var.






























