
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komitəsi (MSK) vaxtından əvvəlki prezident seçkilərinin tarixini açıqlayıb.
“MSK-ın qərarına əsasən, prezident seçkiləri (2021-ci il) 10 yanvara təyin edilib”, – deyə komitənin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov 15 oktyabrda ölkədəki etirazların fonunda istefa verib.






























