
Az.shafaqna.com “Gulf News”-ə istinadən xəbər verir ki, Dubay Yol və Nəqliyyat İdarəsi şəhər avtobuslarının idarəsi üçün qadın sürücüləri işə götürüb.
Ölkədə ilk dəfə olaraq 3 xanım avtobus sürücüsü işləyəcək. Onlar 3 iyuldan işə başlayıblar.
Qeyd edək ki, Dubayda hazırda 200-dən çox qadın sürücü var: 165 taksi sürücüsü, 41 limuzin sürücüsü və 1 məktəb avtobusu sürücüsü.






























