Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 31 oktyabrda keçiriləcək parlament, vaxtından öncəki mer və Acarıstan Ali şurası seçkilərinin bülletenlərinin çap prosesi başlayıb.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komitəsinin (MSK) mətbuat katibi Anna Mikeladze məlumat verib.

Seçki bülletenlərinin çapı bir neçə gün çəkəcək. Prosesə MSK üzvləri ilə birlikdə 15 yerli müşahidə təşkilatından olan 16 müşahidəçi nəzarət edəcək.

Qeyd edilir ki, 213 seçki məntəqəsinin bülleteni gürcü-Azərbaycan dillərində, 135 seçki məntəqəsinin bülleteni isə gürcü-erməni dillərində də çap ediləcək.

Ən son məlumatlara əsasən, vahid seçici siyahısında 3 526 022 seçici qeydiyyatdan keçirilib.

Proses 23 oktyabrdan start götürüb.