Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstan hökuməti “Taliban” terror təşkilatının danışıqlara başlamaq üçün tələb etdiyi əsirlər siyahısını yenidən gözdən keçirərək təxminən 600 terrorçunu azad etməyə razılıq verib.

Daha öncə Əfqanıstan rəhbərliyi sözügedən 597 terrorçunu azad etməkdən imtina edərək bildmirmişdi ki, bu məhbusların əksəriyyəti cinayət işlərinə, qətllərə görə həbs ediliblər.

Əfqanıstan artıq 4019 terrorçunu azad edib. “Taliban” isə, ABŞ-la olan razılığın əsasında, 5 min terrorçusunun azad edilməsini tələb edir.

“Taliban” tərəfi isə 737 əsiri azad buraxıb.