Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tblisidə Saracişvili küçəsində orta yaşlı bir kişi şəxsi maşınındaca güllələnib.

Şahidlərin sözlərinə görə, onlar 5-6 atəş səsi eşidiblər. Atəş açan şəxs dərhal qaçıb gizlənə bilib.

Qətlə yetirilən kişinin içərisində əyləşdiyi maşın çörəkxananın yanında park edilmişdi. Çox güman ki, həmin kişi çörək almaq istəyib, lakin maşından çıxmağa macal tapmamış atəşə tutulub.

Gürcüstan DİN məlumatı təsdiq edib. İstintaq Cinayət Məcəlləsinin iki maddəsi ilə – “qətl” və “odlu silahın qeyri-qanuni əldə edilməsi, saxlanılması və daşınması” maddələri ilə araşdırma aparır.

Hadisə yerində kriminalistlər işləyir.