Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ABŞ-da yaşayan ailə maraqlı video paylaşıb.

Heç kəsə sirr deyil ki, balaca uşaqlar internetdəki bir çox gülməli və xoş videoların baş qəhrəmanlarıdır. Bu cür balacalar milyonlarla insanın qəlbini fəth edir.

Sözügedən videodakı balacanın da mimikası, hərəkətləri və jestləri bütün emosiyalar spektrini nümayiş etdirib. Balaca, bu cür “dəhşətli” dəyişiklikləri gözləmirdi.

Belə ki, uşağın atası özünün gur və diqqət cəlb edən saç üslubunu ən sadə üslubla dəyişmək qərarına gəlir.

Kadrlarda görünür ki, ata arxadan uşağa yaxınlaşır və salamlaşır. Bir neçə saniyə təəccüblə “yeni” atasına baxan uşaq üzünü çevirərək ağlamağa başlayır.

Gözlərinə inanmayan balaca, ağlamağa davam edərək, bir neçə dəfə təkrarən atasına baxır.

Həmin görüntüləri təqdim edirik: