“Taliban”-dan Əfqanıstan hərbçilərinə qanlı hücum

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, “Taliban” terrorçuları Əfqanıstanın Nimruz əyalətinin Xaşrud qəzasında hücum həyata keçiriblər.

Xaşrud başçısı Cəlil Vətəndost bildirib ki, terrorçular Dəhməzəng rayonundakı blokposta hücum ediblər.

Nəticədə 20 təhlükəsizlik əməkdaşı həyatını itirib.

Həmçinin terrorçular 6 hərbçini də girov götürərək naməlum istiqamətdə aparıblar.

Bununla yanaşı, Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, son sutka ərzində “Taliban” terror təşkilatı ölkənin 24 əyalətində hücumlar həyata keçirib.

Bu məqaləni paylaş