
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, münaqişə Qarabağda getdiyi və Ermənistana keçmədiyi müddətcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işə qarışmasından danışmaq düzgün deyil.
Bunu Rusiya XİN başçısının müavini Aleksandr Pankin bildirib.
Münaqişənin Ermənistan ərazisinə keçmədiyini deyən Pankin Yerevandan rəsmi sorğunun daxil olmadığını da əlavə edib.
“KTMT öz üzv-dövlətlərinə müəyyən vəziyyətlərdə yardım edir, açıq-aşkar təcavüz olduqda. Hələ ki, söhbət Dağlıq Qarabağdan gedir”, – deyə o qeyd edib.
Pankin deyib ki, Ermənistanın özü belə “Dağlıq Qarabağı öz ərazisi kimi tanımır” və tanıya da bilməz.
“KTMT-ın müdafiə potensialının işə qoşulmasından danışmaq düzgün deyil”, – deyə o vurğulayıb.






























