
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük itkilər verməyə davam edir.
İşğalçı Ermənistan rejiminin Müdafiə Nazirliyi bu gün daha 27 hərbçisinin məhv edildiyini etiraf edib.
Beləliklə də, sentyabrın 27-dən bəri açıqlanan düşmənin canlı qüvvə itkisinin sayı 926 nəfər olub.
Xatırladaq ki, qondarma rejim, əslində, həqiqi rəqəmləri dəfələrlə azaldaraq gizlədib.
Qeyd edək ki, Azərbaycanın şanlı ordusu düşmənə qarşı əməliyyatları uğurla davam etdirir.






























