Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının (DD) müdafiə komitəsinin 1-ci sədr müavini Andrey Krasov bildirib ki, Rusiya Qarabağdakı döyüş zonasında öz ordusunu tətbiq etməyi planlaşdırmır.

Həmçinin o, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, XİN başçısı Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun sözügedən məsələdə gördüyü tədbirlər kafidir.

Krasov müvafiq bəyanatını Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiyası işləri komitəsinin 1-ci sədr müavini Konstantin Zatulinin sözlərinə cavab olaraq edib. Xatırladaq ki, Zatulin Rusiyanın Qarabağda desant əməliyyatı keçirməsini istisna etməmişdi.

Krasov deyib ki, Zatulinin bu cür bəyanatlar səsləndirmək səlahiyyətləri yoxdur və onun sözlərinə DD və DD-ın müdafiə komitəsinin rəsmi mövqeyini əks etdirmir.