Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çin lideri Si Cinpin ölkə ordusunun müasirləşdirilməsi və onun dünyanın səviyyəli qabaqcıl silahlı qüvvələrə çevrilməsi çağırışını edib.

O, bu bəyanatla Çin Xalq Könüllüləri dəstələrinin Koreya müharibəsinə qoşulmasının 70-ci ildönümü münasibəti ilə keçirilən təntənəli iclasda çıxış edib.

Biz milli ordu və silahlı qüvvələrin müasirləşdirilməsini sürətləndirməli, Çin Xalq Ordusunu dünya səviyyəli qabaqcıl silahlı qüvvələrə çevirməliyik”, – deyə o qeyd edib.

Si Cinpinin sözlərinə görə, “güclü ordu olmadan güclü vətəni təsəvvür etmək çətindir”.

O əlavə edib ki, Çinin dövlət quruluşunu “dəstəkləmək və inkişaf etdirmək üçün, biz bununla eyni zamanda, ölkənin inkişafı və təhlükəsizliyini, Çinin tərəqqi və hərbi qüdrətini irəli aparmalıyıq”.

Bundan başqa, Çin lideri deyib ki, Pekin hegemonluq və siyasi qüdrətə can atmağa qarşıdır, həmçinin heç vaxt ekspansiyaya can atmayıb.

Xatırladaq ki, daha öncə Si Cinpin Çin ordusuna müharibəyə hazırlıq əmri verib.