
Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, Dəməşq şəhəri və əyalətinin müftisi Adnan Afyuni həlak olub.
İnsident Suriyanın Qüdsəya qəsəbəsində törədilmiş partlayış nəticəsində baş verib.
Müfti partlayış zamanı yaralanıb və həmin xəsarətlər nəticəsində dünyasını dəyişib.
Hadisənin digər detalları, həmçinin terror aktı zamanı digər xəsarət alanlar barədə məlumat verilməyib.






























