Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, “Roskaçestvo” mütəxəssisləri ən yaxşı, eyni zamanda da münasib qiymətli smartfonları sadalayıblar. Siyahıya 280 dollardan ucuz modellər daxil olub.

18 yeni telefon seçilib və onun əsasında TOP-7 hazırlanıb.

Səmərəlilik və qiymət baxımından optimal olaraq 64GB yaddaşlı Xiaomi Redmi Note 9S, 64GB yaddaşlı Samsung Galaxy M21 və 128GB yaddaşlı “Realme 6 modelləri göstərilib.

Huawei P40 Lite, Realme C3, Huawei Y6P və Huawei P40 Lite smartfonları da siyahıya daxil edilib.

Siyahının ən bahalı telefonu isə “Realme 6” olub – 253 dollar.

Rusiyalı ekspert Yelena Suxoveyin sözlərinə görə, karantin dövrünün ən çox satılan smartfonu “Xiaomi” olub. Onun modelləri Samsung, Honor və Apple-nin modellərindən, müvafiq olaraq, 1,7, 2,7 və 7,8 dəfə məşhur olub. O qeyd edib ki, Huawei P40 Lite modelinin 224,6 dollar olsa da, öz xüsusiyyətlərinə görə flaqmanlara olduqca yaxındır.