Azərbaycanda koronavirusa yoluxma sayı – Statistika, faizlər

55
0

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib, aktiv xəstə sayı 6151 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9457-dir.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 85.66 faizi sağalıb. Yoluxanlardan 6151 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  47 418 nəfərin 1.36 faizi (648 nəfər) dünyasını  dəyişib.