Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ötən ay ərzində ABŞ federal büdcəsinin kəsri əvvəlki ilin ümumi səviyyəsinə çatıb.

Buna ABŞ konqresinin büdcə idarəsi şöbəsinin məlumatları dəlalət edir.

İyun ayında göstərici 863 milyard dollara çatıb ki, bu da, ötən ilin analoji dövrü ilə müqayisədə, 100 dəfə çoxdur. Ötən ilin bu dövründə kəsir 8 milyard dollar təşkil edirdi.

Üstəlik, federal büdcədəki vəsait çatışmazlığı bütün 2019-cu maliyyə ili ərzində 984 milyard dollar təşkil etmişdi. Sənəddə qeyd edilir ki, bu cür yüksək göstərici iqtsadi böhran, koronavirus pandemiyası və bir nəticə kimi, hökumətin konkret hadisələr fonunda qəbul etdiyi tədbirlər ilə bağlıdır.

Cari maliyyə ilinin ilk 9 ayında kəsir, ötən il ilə müqayisədə, 2 trilyon dollar artaraq 2,7 trilyon dollar təşkil edib. Həmçinin, keçən il ilə müqayisədə, federal büdcəyə daxil olan vəsaitlərin həcmi də 13% azalıb. Xərclər isə, öz növbəsində, 50% artıb.