
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilir ki, Şamil Basayev bandasının 2 üzvü tutulub.
Onların 1999-cu ildə Dağıstana hücumda iştirak etdikləri qeyd edilib.
Saxlanılma əməliyyatı Rusiya FTX, DİN, İstintaq Komitəsi və Rusiya Qvardiyası ilə birlikdə keçirilib.
Tutulanlar 1975-ci il təvəllüdlü Maylubayev Rəsul və 1977-ci il təvəllüdlü Yaqubov Zahirdir.
“(Onlar) 1999-cu il avqust ayında Dağıstan Respublikasının Botlix rayonunun yaşayış məntəqələrinə hücum edən Basayev və Xəttab quldur dəstələrinin tərkibində olublar”, – deyə qeyd edilib.
Məlumata əsasən, 1999-cu ildə baş vermiş sözügedən hücumdə 280-dən çox hərbçi, hüqiq-mühafizəçi və mülki şəxs həlak olub, 800-dən çox insan isə yaralanıb.






























