Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin sərsəm danışıqları ilə məşhur olan Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağ məsələsinin hazırkı mərhələdə diplomatik həlli yolu yoxdur.
“Qarabağ məsələsinin diplomatik həlli yoxdur və indiki andan başlayaraq uzun zaman olmayacaq”, – deyə o bildirib.
Paşinyan bildirib ki, Ermənistan üçün məqbul olan, Azərbaycan üçün qeyri-məqbuldur.
“Bu, onu göstərir ki, diplomatik həll yoludan danışmaq mənasızdır, ən azı, indiki mərhələdə”, – deyə o əlavə edib.
Xatırladaq ki, şanlı Azərbaycan ordusu işğal edilmiş torpaqlarını uğurla azad etməyə davam edir.
Bu məqaləni paylaş