
Yenilənən xəbər: Az.shafaqna.com xəbər verir ki, Zuqdididə “Gürcüstan Bankı”nın filialında saxlanılan bütün girovlar azad edilib. Qeyd edilir ki, 43 nəfər girov hamısı sağlam binanı tərk edib, cinayətkarın axtarışı davam edir.
Yenilənən xəbər: Zuqdididə “Gürcüstan Bankı”nın filialına silahlı basqın edən şəxs tələblərini açıqlayıb.
Az.shafaqna.com Gürcüstanın xəbər verir ki, o, 500 min dollar tələb edir.
Silahlanmış şəxs tələbi yerinə yetirilməsə qumbaranı partladacağını bildirib. Girovluqda 19 nəfərin saxlanıldığı bildirilir.
O, bankı ya vertolyot, ya da girovlarla birgə tərk etməsini tələb edir. Basqınçı təhlükəsizliyinə zəmanət istəyib.
Həmçinin beşə yaxın girov dam vasitəsilə bankı tərk edə biliblər. Onlar yanğınsöndürən maşının kranı ilə damdan endirilib.
Hazırda xüsusi əməliyyat davam etdirilir.
15:31 – Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, silahlı şəxs “Gürcüstan Bankı”-nın filiallarından birinə basqın edərək girovlar götürüb.
Hadisə Zuqdidi şəhərinin Qamsaxurdiya küçəsində baş verib.
Əldə olan məlumatlara görə, cani avtomat və qumbara ilə silahlanıb və bank əməkdaşları və müştəriləri girov götürüb.
Hazırda cinayətkarın hansı tələblər irəli sürdüyü bəlli deyil.
Hadisə yerində Zuqdidi polisi və xüsusi təyinatlılar səfərbər edilib.














