Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, İŞİD terrorçuları Liviyanın bəzi ərazilərində yenidən peyda olublar.

Bu haqda BMT TŞ-ın iclasında çıxış edən Misir XİN başçıcı Sameh Şukri bildirib.

İŞİD terrorçularının qərbi Liviyanın bəzi şəhərlərində, xüsusilə də Sabratda yenidən peyda olmasına görə olduqca narahatam. Buna görə də, BMT-a üzv dövlətlərin Liviyada terrorçuluqla mübarizə aparmalı olduğunu təsdiqləmək üçün bu fürsətdən istifadə edirəm”, – deyə o qeyd edib.

O əlavə edib ki, həmçinin BMT üzvləri “istənilən regional tərəfin ekstremistlərə verdiyi istənilən cür dəstəyi də pisləməlidir”.

Onun sözlərinə görə, Liviyanın məruz qaldığı təhdidlər Misirin qərb sərhədləri üçün də təhlükə saçır.

Biz öz sərhədlərimizdə xarici müdaxilənin dəstəyi ilə həyata keçən bu cür təhdidlərə dözməyəcəyik”, – deyə Şukri bildirib.

Xatırladaq ki, Liviyada fəaliyyət göstərən 2 fərqli hökumət arasında döyüşlər davam edir. Ölkənin qərbində Milli Razılıq Hökumətinə Türkiyə, şərqindəki Liviya Milli Ordusuna isə Misir dəstək verir.