Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze dünyadakı epidemioloji vəziyyətin tədricən pisləşdiyini deyib.

Onun sözlərinə görə, koronavirusun ikinci dalğası sentyabrın ortasından başlayıb və hələ, azı 2-3 həftə, yoluxma sayının azalma tempi gözlənilmir.

Gürcüstandakı epidemioloji vəziyyət, bütün dünyada, xüsusilə də Avropa ölkələrində olduğu kimi, pisləşməkdədir. Vəziyyət mürəkkəbləşib və bu, gözlənilən idi”, – deyə o bildirib.

Qamkrelidze qeyd edib ki, son 2-3 həftədə koronavirusa yoluxmada olduqca intensiv artım müşahidə edilir, baxmayaraq ki, Gürcüstan əhali arasında yoluxma sayına görə olduqca aşağı göstərici sərgiləyir.

Bildiyiniz kimi, 15 sentyabrdan hətta biz də 2-ci dalğaya daxil olduq. Ona görə də mən sizə birbaşa deyə bilərəm ki, koronavirusa yoluxma hallarının artımı davam edəcək. Yaxın 2-3 həftədə yoluxma templərinin azalması gözlənilmir”, – deyə o, əlavə edib.