
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ Avropa və Asiyadakı orta və yaxın mənzilli raketlərin sayını artıracaq.
Bu barədə məlumat verən Pentaqon başçısı Mark Esper sözügedən addımın Çin və Rusiya ilə ayaqlaşmaq üçün atıldığını deyib.
“Çin Hind-Sakit okean regionunda (cəbhə boyu – red.) böyük sayda raket düzüb. 1 mindən qat-qat çox orta və yaxın mənzilli raketlər”, – deyə o bildirib.
ABŞ-ın müdafiə naziri əlavə edib ki, “Rusiya da bu cür edib və onlar bunu Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi Müqaviləsini (OYMRLM) pozaraq ediblər”.
O qeyd edib ki, ABŞ oxşar qüvvələri Avropa və Asiyada yerləşdimək niyyətindədir.
“Biz bu cür qüvvələri hərbi fəaliyyətin hər iki teatrında da yerləşdirməyin tərəfdarıyıq”, – deyə Esper bildirib.
Xatırladaq ki, ABŞ və Rusiya arasındakı OYMRLM ABŞ tərəfinin təşəbbüsü ilə 2019-cu il 2 avqustda dayandırılıb.






























