
Az.shafaqna.com “Kavkazskiy uzel”-ə istinadən xəbər verir ki, Çeçenistan prokurorluğu Şimali Osetiyadan olan bloqer Malika Cikayevaya qarşı ittihamnaməni təsdiq edib.
Xatırladaq ki, Cikayeva 9 martda Qroznı şəhərində narktoiklərin saxlanılmasına görə həbs edilib. Onun qohumları isə əmindirlər ki, Cikayeva hicablı halda çəkdiyi qeyri-etik videolara görə cəzalandırmaq üçün narkotikləri gizlincə atıblar.
Çeçenistan prokurorluğunun rəsmisi bildirib ki, M.Cikayevaya qarşı başladılan araşdırma tamamlanıb, iş, baxılması üçün Qroznı şəhərindəki məhkəməyə göndərilib.






























