Az.shafaqna.com “Vanguard”-a istinadən xəbər verir ki, “Boko Haram” terrorçuları Nigeriya ordusuna hücum edib.

Ölkənin şimal-şərqində baş verən hadisə zamanı 13 hərbçi qətlə yetirilib.

Döyüş zamanı 17 terrorçu məhv edilib”, – deyə ordu rəsmisi general-mayor Con Enenş bildirib.

Toqquşma 7 iyulda, hərbçilər Balabulina yolunu minalardan təmizləyən zaman baş verib.