Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, daxillərində seçki məntəqələrinin açıldığı məktəblər gələn həftədən müvəqqəti distant iş rejiminə keçəcək.

Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Çxenkeli məlumat verib.

Xüsusilə də, bu təhsil müəssisələri növbəti həftənin 3-cü günündən distant rejimə keçəcək.

Parlament seçkiləri hazırlıqla bağlı olaraq seçki məntəqələrinin açıldığı məktəblər çərşənbə, cümə axşamı və cümə günləri distant iş rejiminə keçəcək”, – deyə Çxenkeli bildirib və qeyd edib ki, bu, həm seçkilərin təhlükəsiz keçirilməsi, həm də uşaqların təhlükəsizliyi üçün lazımdır.

Xatırladaq ki, Gürcüstan 31 oktyabrda parlament seçkiləri keçiriləcək. Seçkilərdə 48 partiya və 2 blok iştirak edir. Seçicilər 150 deputatı seçməlidirlər.