Səudiyyə şahzadəsinə “Sion Dostları” mükafatı verildi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı mükafatlandırıb.

Şahzadənin adı “Sion Dostları” mükafatının 11 sahibinin siyahısına əlavə edilib.

Təltifat mərasimi İsrail rəhbərliyinin keçirildiyi KİV-in Xristian Orqanları Sammiti çərçivəsində baş tutub.

Sammit iştirakçıları qarşısında İsrail prezidenti Reuven Rivlin, Baş naziri Binyamin Netanyahu və ABŞ-ın İsraildəki səfiri Devid Fridman çıxış ediblər.

“Sion Dostları” müzeyinin direktorlar şurasının sədri Mayk Evans laureatların adlarını elan edib.

Mükafat sahibləri arasında Bəhreyn kralı Hamid bin İsa Ali-Xəlifə, BƏƏ vitse-prezidenti Məhəmməd bin Raşid Ali-Məqtum, Serbiya prezidenti Aleksandr Vuçiç, Rumıniya prezidenti Klaus Yohannis və Oman sultanı Tariq Ali-Səid var.

“Sion Dostları” mükafatı yəhudi və İsrailə dəstəyə görə təqdim edilir.

Əvvəlki illərdə bu mükafat ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeoya da verilib.

Bu məqaləni paylaş