
Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, Böyük Britaniya ordusunun “Vigilant” atom sualtı qayığında xidmət edən zabiti Len Lou nizamnaməni pozduğu üçün xidmətdən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Belə ki, Lou “Trident” nüvə raketlərinin qayıqdan boşaldılmasına içkili halda və əlində qızardılmış toyuq tutaraq gəlib.
Digər ekipaj üzvləri insident barədə komandanlığa məruz ediblər.
Zabitin barəsində araşdırma başladılıb, o, xidmətdən müvəqqəti olaraq uzaqlaşdırılıb və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Fasleyn bazasına göndərilib.






























