
Az.shafaqna.com NDTV-a istinadən xəbər verir ki, Hindistan polisi ölkənin ən çox axtarılan canisi Vikas Dubeyi tutub.
O, keçən həftə 8 hüquq-mühafizəçisini qətlə yetirməkdə şübhəli bilinir.
Canini Ucayn şəhərindəki məbədin girişində yerli tacir görüb və polisə xəbər verib.
Hindistan rəhbərliyi Dubeyi ölkənin ən çox axtarılan cinayətkarı elan edib. Onun yeri haqqında məlumata görə 500 min rupi (6666,62 dollar) mükafat təyin edilib. Ona qarşı 60 cinayət işi açılıb, o cümlədən də qətl, zorakılıq və insan oğurluqlarına görə.
Qeyd edək ki, keçən həftə onun bandası ilə atışmada 8 polis əməkdaşı ölüb, 12-si isə yaralanıb. Belə ki, polislər Dubeyi həbs etmək üçün Kanpur dairəsində kəndə gəliblər, lakin müqavimətlə üzləşiblər. Dubeyin 2 yaxın silahdaşı ölkənin fərqli ərazilərində polislə atışma zamanı öldürülüb.































