
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya bəyan edib ki, koronavirusa yoluxmaların sayının artmasına baxmayaraq, ölkədə ikinci dəfə fövqəladə vəziyyət tətbiq edilməyəcək.
O deyib ki, hazırda dünyada hər kəs bu fikirdədir ki, virusla mübarizənin ən effektiv yolu maskadır və bu vasitə yoluxma ehtimalını 90% azaldır, belə olan halda da “biz daha “lokdaun” elan etməyəcəyik”.
Qaxariya əlavə edib ki, “ölkə iqtisadiyyatı” ölkədəki fövqəladə vəziyyətin tətbiqinə “tam gətirməyəcək”.






























