© РИА Новости / Алексей Никольский

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyət barədə danışıb.

Rusiya Yerevan və Bakı ilə Qarabağda atəşkəsə nəzarət mexanizmi üzərində aktiv şəkildə işləyir. Onun tezliklə hazırlanacağına ümid edirik”, – deyə o bildirib.

Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasındakı görüşə olan ümidlərin özünü doğrultmadığını deyən rusiyalı nazir Qarabağdakı döyüşlərin davam etdiyini və “bunun qəbuledilməz olduğunu” qeyd edib.

Onun sözlərinə görə, bölgədəki döyüşləri dayandırmaq lazımdır.