Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstandakı parlament seçkiləri konstitusiyanın təyin etdiyi vaxtda keçiriləcək.

Bu barədə Gürcüstan Baş naziri Giorgi Qaxariya bildirib.

Seçkilərlə bağlı çoxlu danışıqlar olub. Dostlar, Gürcüstandakı seçkilər konstitusiyanın təyin etdiyi tarixdə keçiriləcək. Bir neçə səbəbə görə başqa vaxta keçirilməyəcək”, – deyə o, bəyan edib.

Qaxariya deyib ki, seçki məntəqələri epidemioloji təhlükəsizlik nöqteyi-nəzərindən, “qaydalara tam uyğun şəkildə” hazırlanacaq, “odur ki, burada epidemioloji risk olmayacaq”.

Əlbəttə, biz görürük ki, siyasi proses və siyasi seçki kampaniyası tamamilə açıq keçirilir” deyən Gürcüstan Baş naziri əlavə edib ki, yeganə istənilən şey – qaydalara əməl etmək, maska taxmaq və sosial məsafəni gözləməkdir.

(Qaydalara əməl edilərsə, – red.) bu gün siyasi prosesi və seçki gününü heç nə təhdid etmir və etməyəcək. Gəlin, 31 oktyabra hazırlaşaq və layiqli, demokratik, açıq, şəffaf, ən əsası da təhlükəsiz şəkildə bu seçkiləri keçirək”, – deyə o qeyd edib.