
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, ABŞ-lı UFC döyüşçüsü Mayk Perri restoranda dava salıb və bu zaman yaşlı kişini vuraraq nokauta salıb.
Hadisə Labbokda baş verib. Perri məkanı tərk edən zaman naməlum şəxsin ona icazəsiz toxunmasına görə qəzəblənib. Restorandakı digər insanlar idmançını sakitləşdirmək istəyərkən, o, yaşlı kişi ilə mübahisə etməyə başlayıb, daha sonra isə güclü zərbə ilə onu nokauta salıb.
Qeyd edək ki, 28 yaşlı Perri peşəkar MMA-da 20 döyüş keçirib.






























