Fələstin Qırğızıstan paytaxtı Bişkek şəhərində səfirlik açacaq.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bəyan edilib.
Müvafiq razılıq Bişkek şəhərində Qırğızıstan və Fələstin XİN başçıları Jeenbek Kulubayev və Riyad əl-Maliki arasında əldə edilib.
Qırğız nazir ölkəsinin bu məsələdə Fələstin tərəfinə lazımi yardımı etməyə hazır olduğunu qeyd edib.
Rəsmi Bişkek də öz səfirliklərindən birində Fələstin üzrə nümayəndəlik açmaq niyyətndədir.
Bu məqaləni paylaş
