Rusiya ən böyük hərbi təlimlərini keçirəcək

264
0

Az.shafaqna.com “IslamToday”-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu elan edib ki, iyul-sentyabr dövründə Rusiyada daha miqyaslı hərbi əməliyyatlar planlaşdırılıb.

Yay təlim dövründə, onun sözlərinə görə, kompleks xüsusi təlimlərin keçirilməsi gözlənilir, daha sonra isə “Qafqaz-2020” strateji komanda-qərargah təlimləri zamanı qoşunların praktiki hərəkətlərinə” keçid olacaq.

Bundan başqa, Şoyqu qeyd edib ki, “bu dövrdə Hərbi-Kosmik Qüvvələrinin, dəniz aviyasiyasının uçuş heyətinin hazırlığı və Hava Desant Qüvvələrində paraşütlə atlanma üzərində səylərimizi cəmləyəcəyik”.

O, 23-29 avqustda Moskva vilayətində baş tutacaq “Armiya-2020” forumu haqqında da danışıb. Tədbirdə 25 mindən çox hərbi texnika və silah təqdim ediləcək. Forumda 1 mindən çox yerli və xarici şirkət iştirak edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin