Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Milli Bankın qərarına əsasən, Gürcüstanda 2020-ci il buraxılışı olan 50 lari nominallı yeni əskinaslar tədavülə buraxılacaq.
Yeni banknotlar əvvəlki illərdə buraxılmış əskinaslarla bərabər şəkildə dövriyyədə olacaq.
Yeni banknotların dizaynı 2016-cı il buraxılış ilinin dizaynına tam uyğun olacaq.
Xatırladaq ki, Gürcüstanın milli valyutası olan lari 2 oktyabr 1995-ci ildə tədavülə buraxılıb. 2016-cı ildə isə banknotların yenilənməsi prosesi başladı. 2016-cı il 1 fevraldan 20 və 50 lari nominallı, həmin ilin 1 noyabrından isə 100 lari nominallı pullar buraxılıb. 2017-ci il 1 sentyabrdan 5 lari nominallı, 2019-cu il 1 oktyabrdan isə 10 lari nominallı yenilənmiş əskinaslar da istifadəyə verildi.
2019-cu ilin məlumatlarına görə, dövriyyədə 4,137 milyon lari olub. 50 lari nominallı pullar bütün tədavülün 14,5%-ni təşkil edirdi.