
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski koronavirus epidemiyası ilə bağlı dərhal turizm məqsədi ilə ölkə xaricinə getməyi qadağan etməyi və Rusiya sərhədlərinin açılmasında əli olanları cəzalandırmağı təklif edib.
O hesab edir ki, Rusiyadan cənub ölkələrinə, o cümlədən də Türkiyəyə turist axınını bərpa etmək qərarı vaxtından qabaq qəbul edilib, çünki, onun fikrincə, xaricə dincələnlər ölkəyə koronavirusun “ikinci dalğasını” gətiriblər.
O əlavə edib ki, gələcəkdə səyahətləri yalnız epidemiyanın olmadığı ölkələrə bərpa etmək olacaq.






























