Az.shafaqna.com verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük saydakı canlı itkilərini gizlədə bilməyərək tədricən onları açıqlamaq məcburiyyətindədir.

“İntefaks”-ın məlumatına görə, qondarma rejim bazar günü 77 itkisinin üstünü açıb.

Beləliklə də işğalçı və separatçı düşmən 27 sentyabrdan indiyədək 710 əsgərinin məhv edildiyini etiraf edib.

Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçılara qarşı apardığı əməliyyatlar zamanı düşmənin minlərlə canlı qüvvəsini məhv edib. Bu məlumatın (minlərlə erməni hərbçisinin öldüyünü) erməni ictimaiyyətində birdən açıqlanması ilə Ermənistanda böyük etirazların baş verəcəyi qaçılmazdır. Bu səbəbə görə, məlumatlar tədricən erməni ictimaiyyətinə çatdırılır.

İşğalçı Ermənistan rejimi humanitar atəşkəs rejimini kobud pozmaqla, xüsusilə də Azərbaycanın dinc əhalisinə qarşı aqressiya törətməklə bu etirazların qarşısını almaq və cəbhədəki məğlubiyyətlərini pərdələməyə çalışır.