İranın Ruhanilərin İşlər üzrə Xüsusi Prokurorluğu ölkənin eks-prezidenti Həsən Ruhaniyə qarşı bir sıra cinayət işləri qaldırıb.

Az.shafaqna.com “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin rəsmisi Məsud Setayeşi məlumat verib.

“Ruhani titulu və dərəcəsi olan İranın keçmiş prezidenti Həsən Ruhaniyə qarşı ruhaniyyətin işləri üzrə xüsusi prokurorluqda bir neçə cinayət işi qaldırılıb”, – deyə o qeyd edib.

Hökumət rəsmisinin sözlərinə görə, Həsən Ruhani bir sıra suallara cavab verməlidir.

Əlavə edilib ki, valyuta maxinasiyaları, həmçinin fond bazarının işinə müdaxilə ilə bağlı cinayət işləri açılıb.

Xatırladaq ki, Ruhani 2013-cü il 3 avqustdan 2021-ci il 3 avqustadək prezident olub.