Ərəb komandasından Neymara “çox böyük təklif”

Fransanın PSJ futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “əl-Hilal” komandasından təklif alıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində jurnalist Fabrisio Romano bildirib.

Mənbənin məlumatına görə, ərəb futbol komandası “Pari Sen-Jermen” klubuna “çox böyük təklif” edib. Hazırda danışıqlar aparılıb.

Romano qeyd edib ki, Neymarın özü də keçid də maraqlıdır.

“RMC Sport” isə bildirir ki, PSJ 90 milyon avronun müqabilində (bonuslar nəzərə alınmadan) “əl-Hilal”a keçməsinə razılıq verib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş