
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Moskvadakı Şeremetyevo hava limanında təyyarə xidməti avtomobillə toqquşub.
Hadisə bu gün yerli vaxtla 10:30 radələrində baş verib.
Təyyarə Novosibirsk şəhərindən gəlib və təyyarə yerdə sürülərkən göyərtə yeməklərini daşıyan avtomobillə toqquşub.
Qeyd edilir ki, qəza nəticəsində heç kəs xəsarət almayıb.
Məsələ ilə bağlı yoxlama təşkil edilib.






























