Səudiyyə İsraillə münasibətlərin normallaşması haqda: “Mümkündür”

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlərin normallaşması mümkündür.

Bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Ali-Səud ABŞ-a səfəri zamanı bildirib.

“İsraillə münasibətlərin normallaşması nəticədə mümkündür və biz Fars körfəzi böhranının da həllinə ümid edirik”, – deyə o qeyd edib.

O əlavə edib ki, hazırkı mərhələdə əsas məsələ Fələstin və İsrailin danışıqlar masası arxasına əyləşməsidir.

Bu məqaləni paylaş