Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin “Lokomotiv” futbol klubunun oyunçusu Erik Saryan qondarma Dağlıq Qarabağ rejimi separatçılarına qoşularaq Azərbaycanın ordusuna qarşı terror fəaliyyəti aparıb.

Saryan müzəffər Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Saryanın məhv edilməsini “Lokomotiv” klubu da təsdiq edib.

Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçı erməni qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrundakı əməliyyatları uğurla davam etdirir.