
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, cinayətkarlıqdan azad təhlükəsiz ölkələr indeksinə əsasən, Gürcüstan 133 ölkə arasında 4-cü, Avropada isə lider mövqedədir.
Bu haqda məlumatı Serbiyanın “Numbeo” müstəqil araşdırma saytı dərc edib.
Cari ayda yenilənmiş məlumatlar bazasına əsasən, Gürcüstanda cinayətkarlıq dərəcəsi olduqca aşağıdır.
Cinayətkarlığın səviyyəsini müəyyən etmək üçün məlumatlar bazasında evə girmə, əşyaların oğurlanması, qarət, avtomobillərin qaçırılması, hücum təhlükəsi, təhqir təhlükəsi, fiziki hücum təhlükəsi, şəxsi mülkiyyətin qarəti və ya vandalizm, zorakılıq faktları və korrupsiya kimi istiqamətlər nəzərə alınır.
133 ölkə arasında yalnız Qətər, Tayvan və BƏƏ Gürcüstanı geridə qoyur.
CAR, Papua-Yeni Qvineya və Venesuela siyahıda ən son yerlərdə qərarlaşıb.






























