
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanının məlumatına görə, noyabr ayında Tbilisidən Riqa və Paris istiqamətində həftədə bir neçə müntəzəm reys həyata keçiriləcək.
Uçuşların cədvəli bu cürdür:
Tbilisi – Riqa – Tbilisi – çərşənbə axşamı, cümə axşamı, şənbə;
Tbilisi – Paris – Tbilisi – çərşənbə, bazar.
“Latviyaya daxil olan insan 10 günlük özünütəcriddən keçməlidirlər. Latviyadan tranzit kimi istifadə üçün maksimal vaxt 12 saatdan artıq olmamalıdır”, – deyə qeyd edilib.
Fransa sərhədlərinin isə Gürcüstan üçün qeyd-şərtsiz açıq olduğu bildirilir.
Gürcüstan hökumətinin qərarına əsasən, noyabr ayında Tbilisi və Kutaisi hava limanlarından Avropaya birbaşa uçuşların bərpası planlaşdırılır.






























