
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, bu gündən etibarən Tbilisi və İmereti regionundakı bütün restoranlar və əyləncə mərkəzləri 22:00-dək işləyəcək.
Məhdudiyyətlər epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı tətbiq edilib. Nizamlamaların tətbiqinin məqsədi isə koronavirusun sürətlə yayılmasının qarşısını almaqdır.
Bu qaydaları pozan fiziki şəxslər 2 min lari, hüququ şəxslər 10 min lari cərimələnəcək.






























