Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Lüksemburq parlamenti yekdilliklə Dağlıq Qarabağla bağlı qətnaməni qəbul edib.

Sənəddə “Türkiyənin Azərbaycana hərbi dəstəyi” pislənilir.

Bu barədə parlamentin rəsmi saytında deyilir. Qətnamə təsdiq üçün krallıq hökumətinə göndəriləcək.

Hökuməti 1994-cü ilə aid atəşkəsə dair sazişin müddəalarını pozan bütün hərbi əməliyyatları aydın şəkildə pisləməyə səsləyirik. Döyüşən tərəflərdən birinin dəstəklənməsinə yönələn istənilən xarici müdaxiləni, xüsusilə də Türkiyənin Azərbaycana hərbi dəstəyini pisləməyə səsləyirik”, – deyə sənəddə bildirilib.

Bundan başqa, Lüksemburq parlamenti dövlətdən “Dağlıq Qarabağdakı atəşkəslə bağlı istənilən təşəbbüsü dəstəkləməyi və 1994-cü ildə atəşkəs prinsiplərinə riaəyətə səsləməyi” xahiş edib.