© РИА Новости

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 16 oktyabrda Qazaxıstana rəsmi səfər edib.

Burada iki ölkə arasında hərbi əməkdaşlığa dair dövlətlərarası razılığın imzalanması planlaşdırılır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Səfər çərçivəsində Şoyqu Qazaxıstanın hərbi-siyasi rəhbərliyi ilə görüş keçirəcək.

Tərəflər regional təhlükəsizlik, hərbi və hərbi-hərbi texniki əməkdaşlığın vəziyyət və perspektivlərini, həmçinin Rusiya və Qazaxıstan arasında 2019-2021-ci illər üçün strateji həmkarlıq proqramının həyata keçirilməsi gedişatını müzakirə edəcəklər.

Hərbi əməkdaşlığa dair Rusiya-Qazaxıstan dövlətlərarası razılığının, birgə tədbirlər zamanı qarşılıqlı əlaqələri nizamlayan sazişin və müdafiə nazirlikləri arasında 2021-ci il üçün əməkdaşlıq planının imzalanması planlaşdırılır”, – deyə qeyd edilib.