
Az.shafaqna.com RTS-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyətlə bağlı ABŞ və Fransa rəhbərliklərinə müraciət edib.
O, Paris və Vaşinqtonu ATƏT-in Minsk qrupunun həmsədləri olaraq Rusiyanın münaqişənin yoluna qoyulması ilə bağlı səylərini dəstəkləməyə çağırıb.
“Düşünürəm ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri qismində, Dağlıq Qarabağ regionunda sabitlik və sülhün bərpası məsələsi də daxil olmaqla, daha ciddi rol oynamalıdır”, – deyə Paşinyan bildirib.
İşğalçı rejim başçısı Rusiyanın KTMT ilə bağlı öhdəlikləri barədə də xatırladıb.






























