Vyetnam və Hindistanda təbii fəlakət: Onlarla insan həyatını itirdi

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Vyetnamda sel və güclü yağışların səbəb olduğu digər təbii fəlakətlər nəticəsində 40 nəfər həyatını itirib, 8 nəfər isə itkin düşüb.

Bu barədə Vyetnamin müvafiq qurumu məlumat verib.

135 mindən çox evin su altında qaldığı, onlardan 585-nin dağıldığı və ya zərər gördüyü bildirilir.

Həmçinin yağışlar fermerlərin kənd təsərrüfatı torpaqlarının su altında qalmasına və iri buynuzlu heyvanların və ev quşlarının ölümünə səbəb olub.

Bundan başqa, Hindistanın cənub-şərq və qərbinə yağan güclü yağışlar da azı 75 insanın dünyasının dəyişməsi ilə nəticələnib.

Təbii fəlakət Solapur, Sanqli rayonlarında və Puna şəhərində binaların dağılmasına, enerji təminatının pozulmasına səbəb olub. 100-dən çox kəndin ətrafla əlaqəsi kəsilib. 20 mindən çox insan təxliyyə edilib.

Bu məqaləni paylaş